ümumi sığorta daxılı

Yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili forması

ümumi rabitə şəbəkəsi
ümumi təyinatlı təhsil müəssisəsi
OBASTAN VİKİ
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. == Donuz pul daxılı == Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Qarant Sığorta
Rəvan Sığorta
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. == Tarixi == Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir.Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. == İcbari tibbi sığorta == İcbari tibbi sığorta (İTS) ərazi proqramı çərçivəsində sığorta hadisəsi baş verdikdə sığortalı şəxsə icbari tibbi sığorta hesabına pulsuz tibbi yardımın təmin olunmasına yönəlmiş dövlət tərəfindən yaradılan hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemi olan məcburi sosial sığorta növüdür.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. == Dünyanın ən böyük sığorta şirkətləri == Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: == Qarşılıqlı sığorta == Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. == Təkrar sığorta şirkətləri == Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. == Keptiv sığorta şirkətləri == Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
Ümumi Bazar
Ümumi Bazar (ÜB) — iqtisadi inteqrsiyanın başqa bir səviyyəsi olub, mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapital və istehsalda göstərilən xidmətlərin sərbəst hərəkətini təmin etməkdən ötrü maneələrin və tariflərin aradan qaldırımasıdır. Ümumi bazar "vahid bazar"a keçid mərhələsidir. Belə ki, vahid bazara keçən ölkələrdə bütün istehsal amillərinin maneəsiz hərəkəti təmin edilir. Həm də burada fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır. Qeyd olunmalıdır ki, gömrük ittifaqı qurulmadan ümumi bazara keçid mümkündür. Yəni iqtisadi inteqrasiyanın 3-cü mərhələsində ümumi bazarda yaradıla bilər. İkisinin eyni anda tətbiq edildiyi zaman iqtisadi inteqrasiyanın 4-cü səviyyəsi olan iqtisadi ittifaq formalaşır.
Ümumi Hökumət
Ümumi Hökûmet (Almanca: Generalgouvernement, Polyakca: Generalne Gubernatorstwo), İkinci Dünya Müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən “Böyük Almaniyanın” ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə Generalgouvernement (Ümumi Hökumət) olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və Ümumi Hökumət dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
Ümumi biologiya
Ümumi biologiya — Biologiya elminin ümumi qanunauyğunluqlarını öyrənən bölməsidir.Sistematik vəziyyətdən asılı olmayaraq buraya biologiyanın sitologiya,genetika,seliksiya,ekologiya,molekulyar biologiya,biokimya və s. kimi elm sahələri daxildir.
Ümumi fizika
Ümumi fizika - texniki ali məktəblərdə fizika kursunun ümumi adı. Fizika elminin bütün bölmələri haqqında xülasə məlumat verir. Kursun tədris proqramı ali məktəbin xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. Ümumi fizika kursu bir qayda olaraq altı bölməyə bölünür: Mexanika Termodinamika Optika Atom fizikası Nüvə fizikası Elektromaqnetizm == Mənbə == Государственные образовательные стандарты по специальности физика Arxivləşdirilib 2004-08-11 at the Wayback Machine Государственные образовательные стандарты по физическим специальностям Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Институт общей физики им.
Ümumi müvazinət
Ümumi müvazinət (ing. general equilibrium) iqtisadi nəzəriyyədə — bir-birinə bağlı bir neçə bazarda tələb, tələb və qiymətlərin davranışını təsvir edir. Dar mənada ümumi tarazlıq müəyyən bir iqtisadiyyatda bütün bazarların eyni vaxtda tarazlıq vəziyyətinə aiddir. Beləliklə, ümumi tarazlıq nəzəriyyəsi bazarların bir-birindən təcrid olunmuş hesab edildiyi qismən tarazlıq nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Ümumi tarazlıq nəzəriyyəsi iki əsas məsələni həll edir. Birincisi, tarazlıq qiymət modelindən istifadə edərək iqtisadiyyatı öyrənir. İkincisi, dar mənada ümumi tarazlığın qurulduğu şərtləri müəyyənləşdirir. Nəzəriyyə XIX əsrin 70-ci illərində yaranıb, onun təməl daşlarından biri Fransız iqtisadçısı Leon Valrasın "Saf siyasi iqtisadiyyatın elementləri" əsəri idi. Müasir ümumi tarazlıq konsepsiyası 1950-ci illərdə Kennet Errou, Jerar Debre və Lionel Makenizin əsərləri əsasında hazırlanmışdır. Dəyər nəzəriyyəsində (1959) Debreu, Nikolas Bourbaki üslubunda aksiomatik ümumi tarazlıq modelini təqdim etdi.
Ümumi məlumat
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır.Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Ümumi psixologiya
Ümumi psixologiya — psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunlarının müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun başlıca vəzifəsidir.
Ümumi bilik
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır.Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Ümumi cərrahiyyə
Ümumi cərrahiyyə — qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi, öd kisəsi, apendiks, öd yolları və çox vaxt qalxanabənzər vəzi də daxil olmaqla qarın boşluğuna diqqət yetirən cərrahi ixtisas. Ümumi cərrahiyyə həmçinin dəri, sinə, yumşaq toxuma, travma, periferik arteriya xəstəlikləri və yırtıqları əhatə edən xəstəliklərlə məşğul olur və qastroskopiya, kolonoskopiya və laparoskopiya kimi endoskopik əməliyyatları həyata keçirir. == Həcmi == Ümumi cərrahlar aşağıdakı fənlərdən biri və ya bir neçəsi üzrə ixtisaslaşa bilərlər: === Travmatik cərrahiyyə === Şimali Amerika, Avstraliya və Böyük Britaniya da daxil olmaqla dünyanın bir çox yerlərində travmaya qulluq üçün ümumi məsuliyyət ümumi cərrahiyyənin üzərinə düşür. Bəzi ümumi cərrahlar bu sahədə təkmil təlim və cərrahi reanimasiya üzrə ixtisaslaşdırılmış sertifikatdan keçirlər. Ümumi cərrahlar demək olar ki, hər hansı bir təcili cərrahi əməliyyatı idarə edə bilməlidirlər. Onlar çox vaxt ağır xəstələr və ya ağır yaralı xəstələr üçün ilk müraciət yeridir və bu xəstələri stabilləşdirmək üçün müxtəlif prosedurları yerinə yetirməlidirlər, məsələn, torakostomiya, krikotiroidotomiya, kompartman fasiotomiyaları və qanaxmaya nəzarət etmək üçün təcili laparotomiya və ya torakotomiya. Onlar həmçinin cərrahi reanimasiya və ya travma reanimasiya şöbələrinə dəvət olunurlar. Bütün ümumi cərrahlar təcili cərrahiyyə üzrə təhsil alırlar. Qanaxma, infeksiyalar, bağırsaq keçməzliyi və orqan perforasiyası onların qarşılaşdıqları əsas problemlərdir. Xolesistektomiya (öd kisəsinin cərrahi çıxarılması) — bütün dünyada ən çox görülən cərrahi əməliyyatlardan biridir.
Ümumi marja
Ümumi marja — gəlirlə satılan məhsul və ya xidmətin dəyəri arasındakı fərq. Nəzərə almaq lazımdır ki, ümumi mənfəət əməliyyat mənfəətindən (vergilər, cərimələr və faizlər ödənilməzdən əvvəl mənfəət, kreditlər üzrə faizlər) fərqlənir. İstehsalçı üçün ümumi mənfəət: Ümumi mənfəət = Gəlir — Amortizasiya daxil olmaqla məhsul və ya xidmətlərin satışının dəyəri.Pərakəndə satış üçün ümumi mənfəət: Ümumi marja = Gəlir — Satılan malların dəyəriÜmumi mənfəət məlumatlarına əsaslanaraq, əməliyyat mənfəətini hesablaya bilərsiniz: Əməliyyat mənfəəti = Ümumi mənfəət — Əməliyyat xərcləri (işçilərin maaşları, ofis icarəsi, səyahət xərcləri və s.)və xalis gəliri: Xalis mənfəət = Əməliyyat mənfəəti — vergilərin, cərimələrin və cərimələrin, kreditlər üzrə faizlərin məbləği.İstehsal və ticarət üçün satılan malların dəyəri fərqli hesablanır. Ümumiyyətlə, bu göstərici dolayı xərclər nəzərə alınmadan əməliyyat üzrə mənfəəti əks etdirir. İstehsalçı üçün birbaşa məsrəflər məhsul yaratmaq üçün xammal, məsrəf materialları və elektrik enerjisi xərcləridir. Məsələn, bir maşını idarə etmək üçün elektrik enerjisi xərcləri çox vaxt birbaşa xərc hesab edilir, maşın otağının işıqlandırılması isə çox vaxt əlavə xərc hesab olunur. Əgər işçilərə istehsal olunan məhsul vahidi üçün qiymət ödənilirsə, əmək haqqı da birbaşa xərclər ola bilər. Bu səbəbdən, xidmətlərini saatlıq əsasda satan xidmət sənayeləri çox vaxt əmək haqqını birbaşa xərc kimi qəbul edirlər. Ümumi marja gəlirliliyin mühüm ölçüsüdür, lakin dolayı xərclərin uçotu xalis gəlirin hesablanmasını tələb edir. Xalis satış gəliri aşağıdakı kimi hesablanır: Xalis satış gəliri = Ümumi satış gəliri — Qaytarılan malların və verilən endirimlərin dəyəri.
ASC Rəvan Sığorta
Sığorta müqaviləsi (1887)
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. == Tarixi == Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Atmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyası - iri planetar miqyasda materiklərin və onların böyük hissələri ölçüsündə hava axınları sistemi. Atmosferin ümumi sirkulyasiyasına zonal axınlar: tropik zonada troposferin alt hissəsində passatlar (şərq küləkləri), mülayim enliklərdə Yer sıthindən xeyli hündürdə qərb axınları (küləkləri), qütb enliklərində troposferin alt hissəsində şərq küləkləri daxildir. == İzahı == Atmosferin ümumi sirkulyasiyası iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. Atmosferin ümumi sirkulyasiyası və onun inkişafı çoxlu sayda qarşılıqlı təsirdə olan amillərlə müəyyən olunur. Onlardan əsasları bunlardır: Yer kürəsi üzrə istilik enerjisinin qeyri- bərabər paylanması Yerin fırlanması Quru və dənizlərin qeyri- bərabər paylanması və qızması, eləcə də oroqrafik xüsusiyyətlər Troposfer cəbhələrində siklonik fəaliyyət Günəş fəallığıYer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər.Gündəlik sinoptik hava xəritələrində görünür ki, Yer kürəsi və ya onun böyük sahələri üzərində ümumi sirkulyasiya axını necə paylanır və bu paylanma fasiləsiz olaraq necə dəyişir. Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. Siklon və antisiklon kimi meydana çıxan bu atmosfer təlatümləri ümumi atmosfer sirkulyasiyasının xarakterik əlamətləridiir.
дота́лкиваться забасто́вка задёргивание запрезира́ть зверова́ть олешня́к предрасполо́женность пуховщи́ца селекти́вность фразёрка эксперимента́лка воздухопла́вание ма́заный са́ри спле́тник about-ship chinch curtsey horn-nose silvern we're wing flat барка позорище сжатость